İrina Şeyk aktrisalıq həvəsinə düşüb

İrina Şeyk aktrisalıq həvəsinə düşüb
1824 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı top model, futbolçu Ronaldonun sevgilisi İrina Şeyk karyerasını aktrisa kimi də davam etdirmək niyyətindədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Vogue" jurnalına fotosessiya etdirən model baş rola çəkildiyi "Herakl" filmindən sonra bu həvəsə düşüb. O, kino aləmində ilk təcrübəsi barədə danışıb:
 
"Bu filmdə çəkilmək mənim üçün böyük şərəf idi. Rejissor Brett Retner mənə özümü kamera qarşısında rahat hiss etməyi öyrətdi. Bütün çəkiliş prosesi xoşuma gəldi. Bu sahədə gələcəkdə də işimi davam etdirmək niyyətindəyəm".