Ərdoğan protokol qaydalarını unutdu - video

Ərdoğan protokol qaydalarını unutdu -  video
3554 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə prezidenti protokol qaydalarını unudaraq əsgərlərə salam vermək üçün dayanıb
Qətərdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gülməli vəziyyətə düşüb.

Axşam.az-ın ans press-ə istinadən məlumatına görə, Qətərdə ölkənin əmiri Şeyx Temim bin Hamad Al Sani tərəfindən rəsmi mərasimlə qarşılanan Ərdoğan onun şərəfinə düzülmüş əsgərləri salamlamaq istəyib. Belə ki, Türkiyə prezidenti protokol qaydalarını unuduraq bir müddət dayanıb.

Qətərdə rəsmi mərasimlərdə əsgərləri salamlamaq nəzərdə tutulmadığından bu zaman Şeyx Temim bin Hamad Ərdoğana müdaxilə edir. Al Saninın "buyurun" işarəsi ilə Ərdoğan da yoluna davam edir.