Bu qız axtarılır - video

Bu qız axtarılır -  video
3838 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda bir nəfər itkin düşüb.

Axşam.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən ANS TV-yə verilən məlumata əsasən, 20 yaşlı Məmmədova Bəsti Bəbir qızı 07 sentyabr 2014-cü il tarixində saat 13:30 radələrində yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. 20 yaşlı Məmmədova Bəsti Bəbir qızının əlamətləri belədir.

Çəkisi təxminən 50 kq, boyu 165 sm, qarabəniz, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində ağ köynək, göy cins şalvar, ayağında isə idman ayaqqabısı olub.

Odur ki, 20 yaşlı Bəsti Məmmədovanı itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 425-02-02 , 428-02-02 və 425-49-15 şəhər nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur