“Oskar”lı aktrisanın sevgilisi ilə ilk görüntüləri - fotolar

“Oskar”lı aktrisanın sevgilisi ilə ilk görüntüləri - fotolar
1193 dəfə oxunub
  • A-
  • A
  • A+
23 yaşında ilk “Oskar” mükafatını alan və bu il “Ginnesin rekordlar kitabı”na düşən gənc aktrisa Cennifer Lourens “Coldplay” qrupunun solisti Kris Martinlə görüntülənib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, artıq bir aydır ki, məşhurların sevgili olması haqda şayiələr gəzirdi. Bu həftəsonu 37 yaşlı Krislə 24 yaşlı Cennifer hava limanında ilk dəfə birlikdə görüntüləniblər.

Qeyd edək ki, Kris Martin hazırda Hollivud ulduzu Qvinet Peltrou ilə 10 illik evlilikdən sonra boşanma ərəfəsindədir. Krisin yeni eşqinə baxmayaraq, uşaqlarının anası ilə münasibəti çox yaxşıdır.