“Evdə necə gəldi gəzən qadın kişinin xəyanətinə səbəb olur”

“Evdə necə gəldi gəzən qadın kişinin xəyanətinə səbəb olur”
3059 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Şəhriyar Əbilov kişilərin xəyanət etmələrinə qadınların səbəb olduğunu düşünür. 

Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinin qonağı olan aparıcı xanımın baxımsızlığının kişini ondan uzaqlaşdırdığı qənaətindədir:

“Qadının hədsiz qısqanc, “mız-mız” olması kişinin ondan uzaqlaşmasına gətirib çıxarır. Gözəl geyinməyən, küçəyə çıxanda bəzənib-düzənməyən, evdə necə gəldi gəzən qadın kişinin xəyanətinə səbəb olur. Xəyanətin çox tərəfləri var. Qadınlar hamilə dövründə və sonra özlərinə baxmırlar, bu da aldatmaya gətirib çıxarır. Hər bir bəy evinə tələsməlidir. Axı evdə onu xanımı gözləyir. Qadın da ətirlənsin, bəzənib kişini gözləsin. Ailədə yalan olmamalıdır. Yalan varsa, bu, yaxşı əlamət deyil”.