Dünyanın ən məşhur serialı başlayır - video

Dünyanın ən məşhur serialı başlayır - video
3914 dəfə oxunub
  • A-
  • A
  • A+

Son dövrlərin ən məşhur serialı "Game of Thrones" ("Taxt oyunları") yeni mövsümə hazırdır.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, serialın 5-ci mövsümünün qısa videoçarxı fevralın 8-də "Game Of Thrones: A Day in the Life" adıyla yayımlanacaq.

30 dəqiqəlik videoda indiyə qədər olan və olacaq hadisələr, çəkiliş meydançalarından görüntülər təqdim ediləcək. Mini-seriya Şimali İrlandiya, Xorvatiya və İspaniyada təqdimatı olacaq.

Qeyd edək ki, G.G.Martinin 11 cildlik kitabından uyğulanan serial son illərin ən yüksək tamaşaçı kütləsi yığması və bütün mükafatlarda favorit olmasıyla diqqət çəkir.
 
"Game of Thrones"un bəzi seriyalarının hətta kinoteatrlarda nümayiş olunması da müzakirə edilir.

Qeyd edək ki, "Taxt Oyunları" 2011-ci ildən ABŞ-ın HBO telekanalında yayımlanır.