Övladlarını dəlicəsinə sevən məşhur atalar - fotolar

Övladlarını dəlicəsinə sevən məşhur atalar - fotolar
4556 dəfə oxunub
  • A-
  • A
  • A+
Övladını dəlicəsinə sevən və qayğısına qalan kişi hər bir qadının arzusudur. Elə məşhurlar arasında da övladlarına olan sevgiləri ilə seçilənlər az deyil.

Axşam.az uşaqlarına daha çox sevgisi ilə tanınan məşhur ataları təqdim edir.

1. Devid Bekhem və qızı Harper

Futbolçu Devid Bekhem müsahibələrində qızını heç kimin görmədiyi, bilmədiyi bir qalada, ən təhlükəsiz şəkildə saxlamaq istədiyini deyib.



2. Şahzadə Uilyam və oğlu Georq

Georqu səfərlərdə, ziyafətlərdə qucağından qoymayan Şahzadə Uilyam bu yaxınlarda ikinci dəfə ata olacaq.



3. Jerar Pike və oğlu Milan

Müğənni Şakira ilə vətəndaş nikahında olan futbolçu Pike oğlu Milana idman formaları geyindirməyi sevir. O da bu il ikinci övladını qucağına alacaq.



4. Metyu Makkonahi və oğlu Levi

3 övladı olan “Oskar”lı aktyor balaca oğlu Levi ilə tez-tez kameralara tuş gəlir. Aktyor ağır iş qrafikinə baxmayaraq, uşaqlarını məktəbə, bağçaya özü aparmağa çalışır.



5. Robbi Uilyams və oğlu Çarlton

Bir müddət əvvəl narkotik və içki aludəçiliyi ilə gündəmə gələn müğənni iki ildir ki, övladlarıyla xoşbəxt həyat yaşayır. Sənətçini iki il əvvəl qızı Teddi, keçən il isə oğlu Çarlton dünyaya gəlib.



6. Orlando Blum və oğlu Flin

Model Miranda Kerrdən ayrılsa da, aktyor oğlu ilə kifayət qədər vaxt keçirə bilir.



7. Eşton Kuçer və qızı Vayatt

Hollivud ulduzları Eşton Kuçerlə Mila Kunis ötən ilin oktyabrında qızlarını qucaqlarına alıblar.