Boş ətir qablarını tullamayın – maraqlı məsləhətlər

Boş ətir qablarını tullamayın – maraqlı məsləhətlər
10422 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzilərimiz yuxusuzluqdan, bəzilərimiz pis sarımsaq qoxusundan, bəzilərimiz isə tez-tez tərləməkdən şikayətlənirik.

Axşam.az məişətdə lazım olacaq maraqlı məsləhətləri və faktları təqdim edir.

- Portağalın suyunu çıxarmamışdan qabaq onu soyuq suyun içində saxlasanız, əldə edəcəyiniz şirə daha çox olacaq.

- İki dəfə 4 saat yatmaq, bir dəfə 8 saat yatmaqdan daha yaxşıdır.

- Tərdən müdafiə vasitələrini səhər yox, axşamdan vursanız, gün ərzində daha az tərləyərsiniz.

- Sarımsaqlı yemək yedikdən sonra cəfəri yesəniz, ağzınızdan pis qoxu gəlməz.

- Göy rəng insanı sakitləşdirir. Bu səbəbdən “Facebook”un loqosunun rəngi göydür.

- Sərxoşluqdan xilas olmaq üçün banan yeyin. Banan qısa müddətdə başınızın gicəllənməsinin qarşısını alacaq.

- Yeməkdən yarım saat qabaq içilən isti su iştahı azaldır.

- Limonun tərkibində şəkər çoxdur. Pəhriz saxlayanlar çox limon yeməməlidir.

- Əgər şampan şüşəsinin içinə üzüm atsanız, yuxarı-aşağı doğru gedib gələcək.

- Boşalmış ətir qablarını tullamayın. Onları paltar dolabına qoysanız, paltarlarınızdan daha yaxşı iy gələcək.

- Yumurtanın təzəliyini yoxlamaq istəyirsinizsə, onu duzlu suyun içinə qoyun. Yumurta yuxarı qalxırsa, deməli təzə deyil.