Elnur Hüseynov finalda - video+fotolar

Elnur Hüseynov finalda - video+fotolar
16268 dəfə oxunub
  • A-
  • A
  • A+
"O səs Türkiyə"nin yarımfinal gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb.

Axşam.az xəbər verir ki, Elnur musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan "Yalqızam yalqız" əsərini oxuyub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə "altılıq"da yer alıb.

Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər.

Bu dəfə isə E.Hüseynov Serab Erenerin repertuarından "Vur yüreğim" mahnısını səsləndirib. Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördlüyünə vəsiqə qazanıb. O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.

Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq verilişə qollarında sarğı ilə çıxıblar.

Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.