Eynşteynin oğluna nəsihəti

Eynşteynin oğluna nəsihəti
2571 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da nəşr olunan “Dahi amerikalıların uşaqlarına məktubları” adlı kitabda fizik Albert Eynşteynin oğluna yazdığı məktub diqqəti cəlb edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, dahi fizik bu məktubda 11 yaşlı oğlu Hans Albertə öyrənməyin sirrini açıqlayıb:

“Ləzzət alaraq bir işi görürsənsə və vaxtın necə keçdiyini hiss etmirsənsə, bu öyrənməyin ən yaxşı yoludur”.

Eynşteyn işlədiyi müddətdə vaxtın necə gəlib keçdiyini hiss etmədiyini və bəzən qidalanmağı belə unutduğunu yazıb.
 
O, oğluna bu yaşda pianonu və dülgərliyi öyrənməyin hətta məktəbdən belə yaxşı olduğunu bildirib.