Nazir oğlunun toyunda mahnı oxudu - video

Nazir oğlunun toyunda mahnı oxudu -  video
7350 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günlərdə kiçik oğluna toy edən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladına səmimi təbriklərini çatdırdığı maraqlı video görüntü yayılıb.

Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, sosial şəbəkədə paylaşılan videoda nazir Rəşid Behbudovun repertuarından “Alagöz” mahnısını səsləndirib. K.Heydərovun ifası mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Nazir ifasını “Eşq olsun Heydər Əliyevə, eşq olsun İlham Əliyevə” şüarı ilə tamamlayıb.

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov həm də bir sıra mahnıların musiqisinin müəllifidir. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir.