Nadirdən xanımına sürpriz - video

Nadirdən xanımına sürpriz -  video
7181 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il həyat yoldaşına konsert verən müğənni Nadir Qafarzadə ailə qurmasının 23 illiyi münasibəti ilə xanımına sürpriz hazırlayıb.

Axşam.az-a açıqlama verən N.Qafarzadə “Sevincim” adlı mahnını ifa edib. 

“Bu, bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Heç də belə deyil. Sadəcə, mənim xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Düşünürəm ki, hər bir bəy öz xanımına dəyər verməlidir. Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm. Heç kimsə düşünməsin ki, bu gündəm, reklam üçündür. Mənim reklama ehtiyacım yoxdur. 23 illik həyat yoldaşıma, uşaqlarımın anasına təqdim edəcəyim növbəti hədiyyədir. “Sevincim” adlı bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Oxuduğum bu mahnının həyatımda ayrı yeri olacaq”.