Erməni müğənniyə “meymun” dedi, məhkəməlik oldu

Erməni müğənniyə “meymun” dedi, məhkəməlik oldu
6741 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Davud Güloğlu erməniəsilli həmkarı Hayko Cepkin haqqında dediyi  “meymuna oxşayır” sözlərinə görə məhkəməlik olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Cepkin verilişlərin birində onun haqqında “Qorxulu filmdən çıxan meymuna oxşayır. İt, pişik kəsir, ya yox, bəlli deyil. Bu və bunun kimiləri şarlatandır” söyləyən D.Güloğlundan 50 min lirə (təxminən 20 min manat) mənəvi təzminat tələb edir. Artıq 5 ildir davam edən prosesdə Haykonun meneceri şahid kimi dindirilib. O, Davudun sözlərinin onların işlərinə mənfi təsir göstərdiyini deyib:

“Davud Güloğlunun danışığından sonra konsertlərimizin sayı azalıb. Bir çox işimizi itirdik. Hayko Cepkinin erməni olmasına görə, onsuz da Türkiyədə ona qarşı münasibət yaxşı deyildi. Xarici görünüşü və musiqilərinə görə də münasibət xoş deyildi. Onun açıqlamalarından sonra insanların Haykoya nifrəti yarandı. Cepkin qorxduğu üçün hətta bir il evdən çölə çıxmayıb”.

D.Güloğlunun vəkili isə məhkəmədən açıqlamaların yer aldığı diskin montaj olub-olmadığını yoxlamağı tələb edib. Bu tələbi rədd edən məhkəmə əlavə şahidlərin dindirilməsi üçün prosesi təxirə salıb.