“Ona həbsxanada korlar üçün nəzərdə tutulmuş otaq veriblər”

“Ona həbsxanada korlar üçün nəzərdə tutulmuş otaq veriblər”
2025 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilmiş müğənni Dəniz Səkinin meneceri Özgür Aras verilişlərdən birinə maraqlı açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına isitnadən məlumatına görə, meneceri fevralda onkoloji problemlər səbəbindən əməliyyat edilən ifaçıya xəstəxanada heç bir güzəşt edilmədiyini deyib:

“Dəniz Səkiyə yaradılan hər bir şərait digər məhkumlara da tətbiq edilir. Dəniz xanım məşhur olsa da, onunla görüşmək üçün ərizə yazılır və ona cavab verilməsi gözlənilir. Xəstəxanada qalanda o, 5-ci mərtəbədəki palatada yerləşdirilməsinə baxmayaraq, otağının pəncərəsinə dəmir barmaqlıq vurulmuşdu. D.Səkinin dəhlizdə yeriməsinə belə icazə vermirdilər. Halbuki, həmin əməliyyatdan keçənlər mütləq gəzməli idilər. Dəniz xanıma korlar üçün nəzərdə tutulmuş otaq veriblər. Orada bəstələrini yazır”.