Kann Film Festivalının qalibləri - siyahı

Kann Film Festivalının qalibləri - siyahı
1278 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün 68-ci Kann Film Festivalının bağlanış mərasimi baş tutub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu il daha çox mükafat alan ölkə ev sahibi Fransa olub. Münsiflərin qərarı ilə festivalın builki laureatlarının siyahısı belədir:

“Qızıl palma” mükafatı – “Erran”, rejissor Jak Odiar



“Qran-pri” mükafatı – “Saulun oğlu” (“Saul Fia”), rejissor Laslo Nemeş



“Ən yaxşı aktrisa” – Runi Mara (“Kerol”), Emmanuel Berko (“Mon roi”-“Mənim kralım”)



Emmanuel Berko

“Ən yaxşı aktyor” – Vensan Lindon, “Bazarın qanunu” (“La loi du marche”)



“Ən yaxşı rejissor” – Hou Syao Syan, “Qatil” (“Assasin”)



“Ən yaxşı ssenari” – Mişel Franko, “Xronikalar” (“Cronicas”)



“Münsiflərin mükafatı” – “Lobster”, rejissor Yorqos Lantimos



“Ən yaxşı debüt filminə görə “qızıl kamera” mükafatı – “Torpaq və kölgə” (“ La tierra y la sombra”), Sezar Aqusto Aseveda



“Ən yaxşı qısametrajlı film” – “98” dalğaları” (“Waves “98”), rejissor Eli Daqer




“Kino sənətinə töhfəsinə görə” – Anyes Varda