Rusiyanın tanınmış modelyeri Valentin Yudaşkinin qızı ailə qurub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 24 yaşlı Qalina xalq artisti Lyudmila Maksakovanın nəvəsi Petrə ərə gedib.
Cütlük kilsədə yaxınlarının müşayiəti ilə evlilik andı içiblər.
Qalina atasının hazırladığı gəlinlik libasını geyib. Libas 44 metr uzunluqda ipəkdən, 34 min mirvaridən və 300 minə yaxın muncuqdan hazırlanıb.
Qeyd edək ki, Qalina və Petr münasibətlərini sentyabrda rəsmiləşdiriblər. Bu gün kilsədə evlənən tanınmış cütlüyün genş toy məclisi sabah baş tutacaq.