Şahzadə ilə milyarderin qızının toyu oldu – fotolar

Şahzadə ilə milyarderin qızının toyu oldu – fotolar
3381 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu, şahzadə Qreys Kellinin nəvəsi, Monako şahzadəsi Pyer Kaziraqi dünyanın tanınmış milyarderi Don Karlo Ferdinando Borromeonun qızı Beatrislə ailə qurub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, toydan bir gün əvvəl Beatris Monakoda yaxtada dincələrkən görüntülənib. Cütlüyün rəsmi nikahı Monte Karloda baş tutub. Beatrisin çəhrayı gəlinliyi “Valentino”dan olub. Nikahdan sonra şam qonaqlığı verilib. B.Borremoe mərasimə yenə də “Valentino”dan olan ağ libas geyinib.

Qeyd edək ki, Pyer Kaziraqi Qreys Kellinin qızı Karolina ilə şahzadə Reynerin nikahından dünyaya gəlib. Pyerlə Beatris ötən il nişanlanıblar.