Nadirə görə canlı yayım dayandırıldı - video

Nadirə görə canlı yayım dayandırıldı -  video
23676 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə “Azərbaycanın səsi” layihəsində özündən çıxıb.

Axşam.az-ın məlumatına görə, sənətçi türkiyəli iştirakçı Davut Gülün Ahmet Kayanın “Kafama sıkar giderim” ifasını bəyənməyib.

İradını bildirən N.Qafarzadə bunları deyib:

“Bu tərzi sevmirəm. Qardaş ölkəmizə xoş gəlib. Hər bir millətə hörmətimiz var. Biz azərbaycanlıyıq, içimizdə mədəniyyət var. Heç olmasa bir dəfə Azərbaycan mahnısı oxusun. Mən pis adamam. Amma xalqımı və musiqimizi sevən biriyəm. İstəyirəm bizim mahnıları oxusun, içindən gəlsin bu”.

D.Gül “Ayrılıq” mahnısını səsləndirib. N.Qafarzadə onun bu oxumasına daha da əsəbiləşib.

Sənətçi iradını bildirərkən, ATV-də canlı yayım dayandırılıb və efirə anons verilib.