Əri öldürülən Nazlı Hamarat yenidən "İşte benim stilim"də - video

Əri öldürülən Nazlı Hamarat yenidən "İşte benim stilim"də - video
6839 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl Ukraynada öldürülən prodüser Emir Şaşmazın həyat yoldaşı, model Nazlı Hamarat dünəndən etibarən yenidən "İşte benim stilim"ə qatılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aparıcı Öykü Serter N.hamaratı həyat yoldaşının ölümündən 40 gün keçməmiş dəb proqramına qatıldığı üçün tənqid oluna biləcəyini xatırladıb. Nazlı bu haqda belə deyib:

"O, burada olmağımı istəyərdi. İlk qatıldığımda da məni dəstəkləmişdi. Ona görə bunu bir vəsiyyət kimi görürəm. Onun üçün birinci olmaq istəyirəm".