ANS-in aparıcısı “Space”ə keçdi

ANS-in aparıcısı “Space”ə keçdi
4257 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in “Günə baxan” verilişinin mətbəx rubrikasının aparıcısı, aktrisa Telli Hüseynova "Space” telekanalına keçib.

Axşam.az-ın məlumatına görə, o, bundan sonra “Qonşu qonşuya” adlı yeni verilişə aparıcılıq edəcək. 

Aparıcı sosial şəbəkədə yeni verilişi ilə bağlı verilən suallara belə cavab verib:

“Allah özü yol açır. Əlbəttə ki, gözəl insanların əliylə. Hamımıza xeyirli olsun. Tamaşaçılarım üçün darıxmışdım".

Qeyd edək ki, T.Hüseynova “Günə baxan”dan getməsi ilə bağlı bunları demişdi:

“Televiziyanın öz qanunları var. İnşallah, mən tamaşaçılarla yenidən görüşəcəm. Amma başqa bir verilişdə”.