Türkiyədə terrora görə sərhəddə xidmətdən ayrıla bilməyən çavuş Ahmet Karavelioğlu öz toyunda iştirak edə bilməyib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, bəyin atası oğlunun keçən il nişanlandığını deyib:
"Ən şad günündə oğlum yoxdur. Toy tarixi dəqiqləşib dəvətnamələr paylanılsa da, Hakkaridə yol təhlükəsiz olmadığı üçün toyuna gələ bilmədi".
Ana da oğlunun toyda iştirak etmədiyinə üzüldüyünü, lakin oğluyla qürur duyduğunu bildirib. Həyat yoldaşının toy günlərində yanında olmamasına kədərlənən 21 yaşlı Fatma isə "Vətən sağ olsun" deyərək göz yaşı töküb. O, üzərində türk bayrağı və çiçəklərlə bəzədilmiş gəlin maşınına tək minərək yeni evinə yola düşüb.
Bəy stulunun boş qaldığı toyda Fatma Ahmetin fotosunu qucaqlayaraq ağlayıb.