Türkiyəyə müayinəyə gedən rejissor Bakıya qayıtdı

Türkiyəyə müayinəyə gedən rejissor Bakıya qayıtdı
1051 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. 

Axşam.az-ın məlumatına görə, müayinə üçün Türkiyəyə yollanan rejissor bir neçə gün əvvəl Bakıya qayıdıb. O, hazırda müalicəsini ev şəraitində davam etdirir.

Mədəsində problem olan Ə.Mahmudbəyova müalicə kömək etməsə, əməliyyat olunacaq.
 
Qeyd edək ki, rejissor açıqlamasında mədə xorasından əziyyət çəkdiyini bildirmişdi:

"Hələ cavan yaşlarımdan mədə xorasından əziyyət çəkirəm. 52 ildir kino sənətindəyəm. Kino sahəsində çalışanlarda mədə xorası xəstəliyinə tez-tez rast gəlinir. Bu, qeyri-stabil qidalanmadan yaranır. Bu yaxınlarda mənə möhkəm soyuq dəydi. Bundan sonra vəziyyətim ağırlaşdı. Mədəmdə qanaxma oldu. Gürcüstanda kino xadimləri arasında çoxlu dostlarım var. Onların sayəsində Tbilisidə özümü ən yaxşı həkimlərə göstərdim. Müayinə və müalicə olundum. Şükür Allaha, indi yaxşıyam. Amma həkimlər müalicələr tam nəticə verməsə, noyabr-dekabrda əməliyyat olunmağımı məsləhət görüblər".