Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
578 dəfə oxunub
  • A-
  • A
  • A+
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.
 
“Azəravtoyol” ASC-dən Axşam.az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək ) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.