Xalq artistinin qızıyla həftəsonu istirahəti - fotolar

Xalq artistinin qızıyla həftəsonu istirahəti - fotolar
28106 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Məleykə Əsədova həftəsonunu qızı ilə atçılıq mərkəzində keçirib.

Axşam.az xəbər verir ki, Gülər imtahandan uğurla keçdiyi üçün anası onun arzusunu yerinə yetirib.

İstirahətindən fotoları sosial şəbəkədə paylaşan M.Əsədova bunları qeyd edib:

“Həftəsonu Gülərimin əyləncə günüdür. Qızım məktəbində imtahanlarından yüksək qiymətlər və sertifikat alıb. Bu səbəblə onu atçılıq mərkəzinə gətirmişəm. Bizim at hələ balacadır, ona xüsusi diqqət göstərirlər. Gülərə ingilis atı ilə dərs keçirlər. Müəlliməsi irlandiyalıdır. Heç kim bilməyən qədər həyatımı qızımın tərbiyəsinə, savadına, bir sözlə varlığına həsr etmişəm. Qızım üçün arzularım böyükdür”.