Məşhurların ilk seks təcrübəsi

Məşhurların ilk seks təcrübəsi
17320 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilis mediası məşhurlar arasında maraqlı sorğu aparıb. Bu dəfə onlara "Bakirəliyinizi nə vaxt itirmisiniz?" sualı ünvanlanıb.

Axşam.az tanınmışların cavablarını təqdim edir:

Kris Braun bakirəliyini 14 yaşında itirdiyini söyləyib. "Hər şeyə hazır idim. Pornoya baxır, qızla tanış olmağa utanmırdım" deyə, aktyor söyləyib.

88 yaşlı Şon Konneri ilk seks təcrübəsini xatırlamaqda çətinlik çəkir. "Ceyms Bond" obrazının ifaçısı "Kimlə, harada olduğunu bilmirəm. Amma əcnəbi idi. Onlar amerikalılardan gözəldirlər" deyə, söyləyib.

Reper Lil Uayn  ilk dəfə sekslə 11 yaşında məşğul olduğunu deyib. O, birinci dəfə yaxın dostu ilə cinsi əlaqədə olduğunu açıqlayıb.

P Diddy adı ilə məşhur olan Şon kombs 7 yaşında bakirəliyini itirmək arzusuna düşdüyünü etiraf edib. O bildirib ki, həmin vaxt bunu 9 yaşlı qızla etmək istəyib. Amma arzusuna 13 yaşında çatıb.

Conni Depp isə ilk dəfə 13 yaşında sekslə məşğul olub. O bildirib ki, pərəstişkarlarından biri ilə münasibətə girib.

Aktrisa Ancelina Coli 14 yaşında bakirəliyini itirdiyini bildirib. "Cinsi əlaqədən sonra hisslər mənə yetərli olmadı. Artıq balaca qız deyildim. Sevdiyim şəxsə daha yaxın olmaq istədim, bıçağı götürdüm və onun bədənində bir hissəni kəsdim. O da mənimlə eyni hərəkəti etdi. Ürəyim az qala yerindən çıxacaqdı" sözlərini işlədib.

Xloe Kardaşyan "14 yaşımda 18 yaşlı oğlanla görüşürdüm. İndi həmin hadisə mənə iyrənc görünür. O vaxt isə özümü möhtəşəm biri hesab edirdim. O, məni cinsi əlaqəyə girməyə məcbur etdi. Düşündüm ki, etməsəm, sevgilim məni atacaq. Sonra 17 yaşıma qədər cinsi əlaqədə olmadım" deyə, açıqlayıb.

Britni Spirs isə 13 yaşında narkotikdən istifadə etdiyini, 14 yaşında isə bakirəliyini itirdiyini etiraf edib. O, ilk dəfə məktəbdə futbol komandasındakı bir oğlanı sevdiyini deyib.

Seks həyatından çox danışmağı sevməyən Kim Kardaşyan isə 15 yaşında sevdiyi şəxslə yatdığını deyib. Kardaşyan həmin vaxt anasının ona məsləhətlər verdiyini deyib.

Eşton Katçer ilk dəfə meşədə sekslə məşğul olduğunu deyib. 15 yaşım var idi. Həmin an hadisə sadəcə bir neçə saniyə çəkdi. İki il sonra yenidən cinsi əlaqədə oldum" deyə, Eşton söyləyib. 

Corc Kluni "Bakirliyimi çox erkən yaşda itirdim" deyərək, yaşını xatırlamadığını söyləyib.

74 yaşlı Maykl Duqlas ilk dəfə iki qadınla birlikdə olduğunu söyləyib. Aktyor deyib ki, qadınlar anasının rəfiqəsi olub:
 
"Xatırlayıram ki, evdə onlardan biri ilə yataqda idim. Digəri də içəri girdi və gecə belə keçdi. Onların 30 yaşı var idi".

Müğənni Selin Dion bunla bağlı suala "İlk seksim ərim Rene ilə olub. Mənim menecerim idi. Hadisə 1988-ci il aprelin 30-da baş verdi. sevdiyim kişi ilə tək qalmaqdan zövq aldım. Bizim sevgimiz 18 yaşım olanda başlamışdı. Onun 44 yaşı var idi. Dedi ki, "Əgər həqiqətən sevişmək istəyirsənsə, ilk seksin mənimlə olmalıdır" dedi, mən də razılaşdım" cavabını verib.

Cessika Simpson isə toyuna qədər bakirəliyini saxladığını deyib. O, ilk seks həyatının hazırda ayrıldığı əri Nik Laşla olduğunu bildirib. 

Keti Holms ilk dəfə əri Tom Kruzla cinsi əlaqədə olub. Həmin vaxt onun 22 yaşı olub.

"Victoria’s Secret"in mələyi Adriana Lima ilk dəfə əri Mark Yariçlə cinsi əlaqədə olub. Onlar 2009-cu ildə birlikdə olublar.