“Yaxşı ana deyiləm” - Elnarə Xəlilova

“Yaxşı ana deyiləm” - Elnarə Xəlilova
5850 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, ifaçı proqram zamanı müğənnilik fəaliyyəti və ana olması barədə danışıb.

Sənətçi bildirib ki, hər iki tərəfi balanslaşdırmaq üçün çox əziyyət çəkir:

“Ana olmaqla, müğənni olmaq çox çətin məsələdir. Hərdən özümü qınayıram ki,  yaxşı ana deyiləm, vaxtımı daha çox işə həsr edirəm. Onların üzünü görmürəm. Çalışıram ki, tərəzini saxlayım. Hərdən məcburən 3-4 saat yatıram. Hər gün 7-nin yarısı oyanıram. Guya, şənbə-bazar günləri istirahət edirəm”.

Qeyd edək ki, sənətçinin dörd övladı var.