"İctimai nəqliyyatda insanların çoxunun tibbi maska taxmaq istəməməsi və metroda baş verən arzuolunmaz insident bizi həftəsonu qadağa tətbiq etməyə vadar etdi".

Axşam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri əlavə edib ki, qadağa növbəti həftələrdə də tədbiq ediləcək. O, işləməsinə icazə verilən şəxslərin işə necə gedə biləcəyindən danışıb:

"Cəzalandırma tədbirləri bundan sonra da davam edəcək. Həftəsonu qadağaları isə bir neçə dəfə tətbiq edilə bilər. Epidemioloji baxımdan müsbət nəticəsi olsa da, iqtisadi baxımdan mənfidir. Ona görə də qısa müddətli qadağalara getdik.

İctimai nəqliyyat işləməyəcək, işləməsinə icazə verilən şəxslər yalnız şəxsi avtomobillərindən istifadə edə bilərlər. Xidməti avtomobillərdən isə yalnız icaze.gov.az saytında qeydiyyatdan keçəndən sonra mümkün olacaq".



                 

Xəbər lenti