“Heç vaxt ona ərə getmək istəməmişəm”

“Heç vaxt ona ərə getmək istəməmişəm”
1788 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Şarliz Teron keçmiş sevgilisi, aktyor Şon Pennlə nişanlanması haqda yayılan xəbərləri yalanlayıb.

Axşam.az xəbər verir ki, 44 yaşlı aktrisa bu barədə “Köhnə qvardiya” filminin premyerası zamanı danışıb:

“Beş il əvvəl mənim Fransada Şon Pennlə nişanlandığım haqda xəbərlər yayılıb. Yox, bu yalandır. Onunla nişanlanmamışam. Biz sadəcə görüşürdük, lakin bu 1 il davam etdi. Mən heç vaxt ona ərə getmək istəməmişəm”.

Qeyd edək ki, aktyorlar 2013-cü ildən 2015-ci ilə qədər münasibətdə olublar.