"Necə yaşayırsan yaşa, peşman öləcəksən"

"Necə yaşayırsan yaşa, peşman öləcəksən"
2890 dəfə oxunub
  • A-
  • A
  • A+
"Necə yaşayırsan yaşa, yenə də peşman öləcəksən... Ya etdiklərinə görə, ya da əksinə, etmədiklərinə görə".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. O, yaşadığı peşmançılıqlardan bəhs edib:

"Əvvəllər özümü dost-tanış üçün çox fəda edirdim, indi isə ilk olaraq özümə xoş olanı seçirəm, edirəm. Ümumiyyətlə, son 2 ildə olanlarımın daha çox qədrini bilməyə başladım. "Müsəlmanın sonrakı ağlı" məsəli tam mənə aiddir. Hər dəfə düşünürəm ki, kaş indiki ağlım illər öncə olardı.

Bir 10 il sonra da Allah izin versə, yenə də indiki ağlımdan narazı ola bilərəm, amma bəlkə də şükür edəcəm".