Tural Yusifov xanımı ilə verilişdə - video

Tural Yusifov xanımı ilə verilişdə -  video
11781 dəfə oxunub
  • A-
  • A
  • A+

"ARB TV"nin “Gəlin danışaq” proqramının növbəti qonaqları DJ Tural Yusifov olub.

Axşam.az xəbər verir ki, o, verilişə həyat yoldaşı, bloqqer Səma Abıyeva ilə birlikdə gəlib.

T.Yusifov uğur qazanmağının sirrini açıqlayıb: 

"Dünyada bütün uğurlar işsizlikdən yaranır. Siz işsiz qalırsınız və bu zaman beyniniz işləməyə başlayır. Nə üçün bir xalqlar ağıllıdırlar, digərləri isə daha məzlumdurlar? İnsan sağlam həyat tərzi yaşadıqda, ac qalanda, işsiz qalanda, beyin o yöndən işləyir və düşünür ki, nəsə tapacam. 2010-cu il martın 21-də və 2010-cu ilin aprelində mən artıq qərar vermişəm ki, belə bir lahiyə edəcəm. Çünki bazarda da bu sahədən boşluq idi. Heç kim bu barədə düşünmürdü. Sadəcə apreldə başlamaq düzgün deyildi. Artıq mövsüm bitirdi. Ona görə yeni sezonu gözlədik. Mən də bu müddət ərzində dizimi qatlayıb oturdum və çoxlu mütaliyələr etdim. Kim nə danışır, necə danışır, nədən danışır və başqa. Rəqiblərə baxdım və gördüm ki, bunu etmirlər. Kiminsə etmədiyni edəndə, tutuzdurursan”.