Ötən gün xalq artisti Nisə Qasımovanın 65 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, sənətçi özünə paytaxt məkanlarının birində təmtəraqlı ad günü edib.
Gecəyə ağ rəngli libasda qatılan Qasımovanı həmkarları tək qoymayıb. Gecədə qonaqları salamlayan müğənni danışarkən göz yaşlarını saxlaya bilməyib.
Onun doğum gününə qatılanlar sırasında xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Cavanşir Məmmədov, Rəşad İlyasov, müğənnilər Şəbnəm Tovuzlu, Murad Arif, rəqqasə Fatimə Fətəliyeva və başqaları yer alıblar.
Sənət dostları Qasımova üçün mahnılar səsləndirib, rəqs ediblər.
Foto: İlqam CƏBİYEV