Ötən gün müğənni Elnur Hüseynov dostu Samir Cavadzadənin klip təqdimatında iştirak edib.
Axşam.az-ın obyektivinə tuş gələn sənətçi fərqli stili ilə diqqət çəkib.
Xaki rəngli köynək geyinən Elnur tərzini eynirəngli papaqla tamamlayıb.
Onun saçlarının qısa olması da gözdən yayınmayıb. Digər diqqətçəkən məqam isə Elnurun qulağındakı pirsinqi və böyük dairə formasında olan döyməsi olub.
Foto: İlqam CƏBİYEV