Fatimə sarı saçlarından tez bezdi - Fotolar

Fatimə sarı saçlarından tez bezdi -  Fotolar
13066 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva yenə görünüşündə dəyişiklik edib.

Axşam.az-ın məlumatına görə, hər zaman qara saçda görünən sənətçi bir müddət əvvəl onları sarıya boyatdırmışdı. Açıq rəngi bəyənmədiyini söyləyən Fatimə saçlarını tündləşdirib.

Tədbirlərin birində fotokameramız qarşısına keçən Fətəliyeva bu dəfə saç rəngini qəhvəyi edib. Bir müddət əvvəl plastik əməliyyat etdirib, piylərini çəkdirən rəqqasənin yenidən artıq çəki alması da diqqətdən qaçmayıb.

Qeyd edək ki, Fatimənin sarı saçlarını sosial şəbəkədə izləyiciləri də bəyənməmişdir. Onlar rəqqasəyə qara rəngi daha çox yaraşdırdıqlarını yazıblar.

Foto: İlqam CƏBİYEV