Müğənnilər Safiye və Faik Soyman cütlüyü övladları Harunun doğum gününü qeyd ediblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, S.Soyman oğlu ilə çəkilən foto və videoları paylaşaraq "Övladımın sağlıq və sevgi dolu yaşları olsun" başlığını yazıb.
Harunun artıq 34 yaşı olub.
Xatırladaq ki, ikilinin övladı "Dağınıq skleroz" adlı xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.