“Oskar”ın qalibləri bəlli oldu - Fotolar

“Oskar”ın qalibləri bəlli oldu - Fotolar
11210 dəfə oxunub
  • A-
  • A
  • A+

91-ci “Oskar” mükafatları sahiblərinə verilib.

Axşam.az xəbər verir ki, ilk dəfə aparıcısız baş tutan tədbirdə “İlin ən yaxşı filmi” ünvanını “Yaşıl kitab” qazanıb.

“Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.

“Ən yaxşı ikincidərəcəli aktrisa” Recina Kinq, “Ən yaxşı ikincidərəcəli aktyor” Maherşala Ali, “Ən yaxşı film mahnısı” “Ulduzun doğuluşu” filmindəki Ledi Qaqanın ifası “Shallow”dur. “Ən yaxşı film musiqisi” isə “Qara Bəbir” filminin musiqisi seçilib. “Xarici dildə ən yaxşı film” nominasiyasının qalibi isə “Roma” olub.