“İşte benim stilim” yarışması ilə məşhurlaşan Neslihan Doğrusöz son zamanlar görüntüsü ilə diqqət çəkirdi.
Axşam.az xəbər verir ki, türk mediası isə onun cinsini dəyişdirdiyi barədə məlumatlar yayıb.
Ancaq Neslihan jurnalistlərin qarşısına çıxaraq açıqlama verib. O bildirib ki, heç bir əməliyyat keçirməyib:
“Cinsimi əməliyyat yolu ilə dəyişmək barədə düşünmürəm. Ancaq bədən quruluşumu idman vasitəsilə dəyişdirəcəyəm. Hazırda sevgilim qadındır”.
Qeyd edək ki, türkiyəli məşhurlardan Bülent Ersoy, Rüzgar Erkoçlar və Selin Ciyerci cinsiyyət dəyişdirmə əməliyyatı keçirib.