Nişanlısından Rəqsanəyə hədiyyə (Fotolar)

Nişanlısından Rəqsanəyə hədiyyə (Fotolar)
6041 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə Bakını tərk edib.

Axşam.az-ın məlumatına görə, o, nişanlısının dəvətini qəbul edərək  Moskvaya yollanıb.  Rəqsanə bildirib ki, qızı Yağmuru və işçi heyətini də özü ilə birgə aparır:

“Dekabrın 28-i anam da Moskvaya gələcək. Biz qərara gəldik ki, anam, uşaqlar və  oradakı qohumlarımız bayramı birlikdə qeyd etsinlər. Mən nişanlım və iki ailəvi dostumuz yeni ili başqa ölkədə keçirəcəyik. Daha sonra isə ailə üzvlərimin yanına qayıdıb, tətili davam etdirəcəyik”.

Rəqsanə bildirib ki, tezliklə Bakıya qayıdacağı çətin görünür:

“Moskvadan Türkiyəyə gedib, orada hazırlığı bitmək üzrə olan albomumla tanış olacağam. Yanvarın 7-də böyük qızım Aysunun doğum gününü də elə Moskvada qeyd edəcəyik. Türkiyə səfərimin hansı müddətə qədər davam edəcəyi oradakı işlərimin yekununa bağlıdır.  Amma mümkündür ki, növbəti həftələrdə bir-iki günlük Bakıya qayıdım”.

Qeyd edək ki, sənətçi Moskvadakı evinə çatan kimi, nişanlısı onun gəlişi münasibətilə böyük qızıl gül dəstəsi göndərib.