Azərbaycanlı biznesmenin oğlu rusiyalı müğənnini döydü - Foto + Video

Azərbaycanlı biznesmenin oğlu rusiyalı müğənnini döydü -  Foto + Video
14577 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur “Faktor-2” qrupunun solisti İlya Podstrelov Moskvada hücuma məruz qalıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, İnstaqramda məlumat verib.

Bildirilir ki, ona hücum edən şəxs Donetsk Azərbaycanlıları Konqresinin eks-sədri Malik Pirverdiyevin oğlu “Coni” ləqəbli Camal Pirverdiyevdir.

Lakin “Life.ru” saytı isə iddia edir ki, davanı başlayan Camal Pirverdiyev yox, Ceyhun Priverdiyevdir – hansı ki, o, Moskvada stomatolji klinikal şəbəkəsinin rəhbərinin oğlu, həm də müğənnidir.

Həmin gün isə Ceyhun Camalla birlikdə qrup üzvlərinin çıxış etdiyi restoranda nahar edən zaman İlyanın dostu Cerri ilə birgə ifa etdiyi mahnıda qadınlara şiddəti əks etdirən mətnlər səsləndirilib. Bu isə Ceyhunun xoşuna gəlməyib. Pirverdiyev İlyanın kulisinə gedərək, ona zərbələr endirib.


Qeyd edək ki, zədələnən İlya qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.

Onu da bildirək ki, 2015-ci ildə Malik Pirverdiyevin oğurlanması barədə məlumat yayılmışdı.