Türkiyədə keçirilən bələdiyyə seçkilərində məşhurlar da səsverməyə qatılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, onlardan biri də aktrisa Pınar Altuğ olub.
Aktrisanın səsverməyə gedən zaman geyindiyi dar idman geyimi diqqət çəkib. O, səsvermə anı çəkilən fotosunu İnstaqrama yerləşdirib, ancaq buna peşman olub. Belə ki, izləyicilər bədən xəttləri gözə çarpan Pınarı tənqid ediblər. Onlar geyiminin aktrisanı biabır etdiyini vurğulayıblar.
Altuğ təhqirlərin qarşısını almaq üçün isə şəkli silmək məcburiyyətində qalıb.