Dünyaca məşhur “Vogue” dərgisinin Fransa nümayəndəliyi 2019-cu ildə dünyanın ən yaxşı konsert salonlarının siyahısını təqdim edib.
Axşam.az xəbər verir ki, siyahı Zaha Hadidin memarlığı əsasında ərsəyə gələn Heydər Əliyev Mərkəzi də yer alıb.
Məqalədə mərkəzin Hadidin ən möhtəşəm əsərlərindən biri olduğunu, Bakının ən yaxşı hissəsində yerləşməsi də yazılıb.
Qeyd edək ki, həmçinin, Heydər Əliyev Mərkəzinin müasir Azərbaycan memarlığının simvolu hesab edildiyi bildirilib.