"Azərbaycanda bunu edən hələ olmayıb" - Lətifə

"Azərbaycanda bunu edən hələ olmayıb" -  Lətifə
12327 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz uzun fasilədən sonra yenidən klip çəkdirməyə hazırlaşır.

Bu haqda Axşam.az-a açıqlamasında deyən ifaçı işi ilə bağlı ağızdolusu danışıb. Lətifə iddia edib ki, Azərbaycanda hələ belə bir klip çəkən olmayıb:

"Möhtəşəm bir klip gəlir. Mahnı da gözəldir, sözləri insanları çox düşündürəcək. Azərbaycanda bu günə kimi belə bir klip çəkilməyib. Əminliklə deyirəm ki, musiqi sektorunda beləsi olmayıb. Ümumiyyətlə, uzun illərdir klipə fasilə vermişdim. Buna görə də bütün kliplərimin beş qat artığını təqdim etməliyəm.

Kostyumlar da xüsusi hazırlanır. Rejissor işini Anar Hüseynova həvalə etmişik. Mahnının sözləri isə Sima Çələbiyə məxsusdur. Geyimlərimi Yeganə Sadıqova hazırlayır. Stilim Səidə Nağıyevaya aiddir. Fotoları isə Samir Əhmədov lentə alıb".