Elza yenə təəccübləndirdi - Fotosessiya

Elza yenə təəccübləndirdi -  Fotosessiya
11850 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan obyektiv qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, ənənəsinə sadiq qalan müğənni yenə də qeyri-adi obraz yaradıb. Aprelin 28-də Heydər Əliyev Sarayında keçiriləcək solo konserti üçün fotosessiya etdirən Seyidcahan bej rəngli tül libas geyinib, başına isə eyni rəngdə aksesuar taxıb. 

Müğənni bildirib ki, konsertində də tamaşaçıları qeyri-adi şou, maraqlı çıxışlar gözləyir. Elza gecədə səhnədə həm mahnı oxuyacaq, həm meyxana deyəcək, həm də şeir söyləyəcək.

İfaçı səhnəni müğənni Elnur Hüseynovla bölüşəcək.