Röya Ədalətin mahnısına klip çəkdirdi - Video

Röya Ədalətin mahnısına klip çəkdirdi - Video
8733 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi bu dəfə Əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edərək “Dedin yox” mahnısını ifa edib. Sözləri və musiqisi Şükürova məxsus bəstəyə kiçik dəyişiklik edilərək şeir əlavə olunub.

Xalq artisti sözügedən bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub.  Sözügedən layihə Röya Ayxanın “YouTube” səhifəsində yayımlanıb.

Bundan əlavə, mahnı “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Qeyd edək ki, Ə. Şükürov sözügedən mahnını 2014-cü ildə ifa edib.