Brilliant həyat yoldaşına həsr etdiyi mahnını ekranlaşdırdı - Video

Brilliant həyat yoldaşına həsr etdiyi mahnını ekranlaşdırdı - Video
5748 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər.

Onlar ekran işində sevgili obrazını canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb. Müğənninin imici və makiyajı üzərində stilist Elnur Həsənov çalışıb.

Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevın doğum gününə həsr edib, sosial şəbəkə hesabında bu sözləri yazmışdı:

“31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm”.