“Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”

“Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”
362 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalar hazırlayıb.

Axşam.az xəbər verir ki, teatrın kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirəcək.

Maraqlı və macəra dolu yeni il tamaşaları dekabrın 27-dən yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.

Tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcək.