Zakir Əliyev Belçika səfirliyində konsert verdi

Zakir Əliyev Belçika səfirliyində konsert verdi
297 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikasının Belçikadakı səfirliyində Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə muğam konserti keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Əməkdar artist Zakir Əliyevin rəhbərlik etdiyi “Şur” instrumental ansamblının konsertində Brüssel şəhərindəki diplomatik korpusun, Belçika ictimaiyyətinin və Avropadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Musiqili gecədə xanəndə və onun tələbəsi Mənzurə Əbdürrəhmanova “Şur” intrumental ansamblının müşayiəti ilə muğam parçaları və təsniflər ifa ediblər. Onların ifaları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.