“Bohema”ya görə üç ölkənin sənətçiləri Bakıda birləşir

“Bohema”ya görə üç ölkənin sənətçiləri Bakıda birləşir
692 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Əməkdar artist Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Vladimir Qromov (Marsel) dəvət edilib.

Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.