Bakıda “Bir inci rəssam” sərgisi - Fotolar

Bakıda “Bir inci rəssam” sərgisi -  Fotolar
662 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 31-də Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisi açılıb.

Axşamaz “AzərTac”a istinadən xəbər verir ki, 40-dək sənət əsərinin yer aldığı sərgi Mədəniyyət Nazirliyi təşkilatçılığı, “Rolls-Royce Motor Cars Baku”nun dəstəyi ilə reallaşıb.

Sərginin açılışından əvvəl aparıcı Nərgiz Cəlilova sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivlərində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov hər iki rəssamın zəngin yaradıcılığından, Azərbaycanda incəsənətin inkişafındakı xidmətlərindən söz açıb.

Ailə adından çıxış edən sənətkarların nəvəsi Aqşin Feyzullayev tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.

Sonra unudulmaz rəssamların şəxsi və dövlət arxivlərində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı olub.

Saytın yaradılmasında məqsəd hər iki rəssamın yaradıcılığını geniş auditoriyaya çatdırmaqdan ibarətdir.