Daun sindromlu uşaqlar üçün tamaşa göstərilib

Daun sindromlu uşaqlar üçün tamaşa göstərilib
1163 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 31-də Azərbaycan Xalça Muzeyində Gənclər Günü münasibətilə daun sindromlu uşaqlar üçün tədbir keçirilib.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, tədbirdən əvvəl jurnalistlərə müsahibə verən muzeyin direktoru Şirin Məlikova bu gün muzey tərəfindən daun sindromlu uşaqlar üçün zəngin proqram hazırlandığını söyləyib. O, uşaqların muzeyin kolleksiyası ilə tanış olacağını, həmçinin onlar üçün toxuculuq, rəssamlıq üzrə ustad dərslərin təşkil ediləcəyini deyib. Qeyd edib ki, uşaqlar arasında olduqca istedadlılar var. Hazırda bu uşaqların əl işləri muzeydə videoslayd şəklində sərgilənir.

Qayğı Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, mərkəz 2013-cü ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Mərkəzdə 250 nəfərdən çox daun sindromlu uşağın olduğunu deyən N.Həsənova qeyd edib ki, burada loqoped, pedaqoq, psixoloq, rəqs, xalçaçılıq, heykəltəraşlıq və idman üzrə peşəkar şəxslər çalışır. Vurğulayıb ki, mərkəzdə tez-tez uşaqların əl işlərindən ibarət sərgi açılır. O, mərkəzdə eyni zamanda rəqs dərnəklərinin də fəaliyyət göstərdiyini söyləyib.

Daha sonra daun sindromlu uşaqlar üçün tamaşa nümayiş olunub.