Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq

Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq
483 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, vaqifsevərlər iştirak edəcəklər.

Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.

Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur.